Fəaliyyətə başladığı gündən bəri sərnişin və təyyarə sayı hər ötən gün artan İstanbul Hava Limanı aprelin 26-da 1221 uçuş və 201 min 31 sərnişinlə ən izdihamlı gününü yaşayıb.

İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, fəaliyyətə başladığı andan bir çox yerli və xarici hava yolunun marağını cəlb edən İstanbul Hava Limanı sərnişin və uçuş rekordu qırdı. Gündə 5 uçuş ilə fəaliyyətə başlayan hava limanında 26 aprel 2019-da 1221 təyyarə enib və ya qalxıb. Eyni gündə daxili və xarici səfərə çıxan 201 min 31 sərnişin İstanbul Hava Limanından istifadə edib.