Hadisə Antalyanın Üçgən məhəlləsində yerləşən binalardan birində meydana gəlib. İqtisadiyyat.Az-ın “İxlas” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, üzərində şəxsiyyət vəsiqəsi olmayan və adının Şirin olduğu deyilən 60 yaşlı adamdan səs-soraq gəlməyincə polisə xəbər verilib. Polisə verilən xəbərdən sonra xilasedicilər, təcili tibbi yardım əməkdaşları və polis hadisə yerinə gəlib. Xilasedicilərin evə daxil olması ilə azərbaycanlı şəxs yerdə hərəkətsiz yatdığı görülüb. Səhiyyə işçiləri adamın öldüyünü təsdiq ediblər.

Həyat yoldaşı və uşaqlarının Azərbaycanda olduğu deyilən Şirin adlı şəxsin 5-6 ildir Antalyadakı evində tək yaşadığı, əvvəllər rəngsazlıqla məşğul olduğu, lakin son 1 ildir iş tapa bilmədiyi bildirilir. Qonşuların verdiyi məlumata əsasən, azərbaycanlı şəxsin yeməklə təminatının bir hissəsini bələdiyyə ödəyirdi. Yaşlı adamın cəsədi ekspertiza üçün Antalya məhkəməsinə göndərilib.

 

Mehman Nəbiyev