İsrail Məclisi dünəndən bəri parlament ətrafında davam edən etirazlara baxmayaraq, Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, İsrail müxalifəti Ali Məhkəmənin hökumət üzərində nəzarətini məhdudlaşdıran qanunun ləğvi üçün Ali Məhkəməyə müraciət edəcəklərini açıqlayıb.

Keçmiş baş nazir və ana müxalifət partiyası "Gələcək Var"ın lideri Yair Lapid qanunun qəbulundan sonra verdiyi açıqlamada bildirib: "İsrail dövlətinin demokratik quruluşunun ləğvi üçün hazırlanan bu qanunun, eyni zamanda Parlament Komissiyasının qeyri-demokratik hərəkətləri qarşısında dayanmaq və qanunun ləğvi üçün Ali Məhkəməyə müraciət edəcəyik".

"Biz təslim olmayacağıq, mübarizəmizin nə vaxt bitəcəyinə onlar qərar verə bilməyəcəklər", - Lapid bildirib.