İsraildə son sutkada koronavirusa daha 1 901 yoluxma faktı qeydə alınıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə virusa yoluxanların ümumi sayı isə 44 714 nəfərə çatıb. İsraildə son 24 saatda 5 nəfər COVID-19-dan ölüb və qurbanların sayı 380-ə yüksəlib.

Koronavirusa yoluxan  20 100 pasiyent sağalıb, 24 234 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.