İsrail Təhsil Nazirliyi təhsil müəssisələrini distant təhsilə keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Nəşrin məlumatına görə, məktəblər əvvəllər COVID-19 pandemiyası zamanı istifadə edilən distant formatda fəaliyyət göstərəcək. Eyni zamanda, bəzi təhsil müəssisələrində dərsləri şəxsən, lakin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla keçirmək hüququ saxlanılır.

Məlumatda qeyd edilib ki, distant təhsil formatının nə qədər davam edəcəyi hələlik məlum deyil.

Nəşr həmçinin vurğulayır ki, İsrailin təhsil sistemi çətinliklərlə üzləşir: Qəzza zolağına bitişik ərazilərdən evakuasiya edilən bir çox ailələrin kompüterləri yoxdur və buna görə də hələ ki, distant təhsil rejiminə qoşula bilmirlər.

Oktyabrın 9 və 10-da ölkə üzrə təhsil müəssisələrində təhlükəsizlik şəraiti ilə əlaqədar dərslər ləğv edilib.