Bu gün keçirilən hərracda İsrail valyutası şekeli Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda ABŞ dolları qarşısında son 8 ilin ən aşağı səviyyəsinə enib.

İqtisadiyyat.az xəbər verir ki, bunu birja məlumatları sübut edir.

Məlumata görə, şekelin zəifləməsi fonunda İsrail Mərkəzi Bankı bazarları sabitləşdirmək üçün 30 milyard dollar dəyərində ehtiyatları satmaq qərarına gəlib. Bu, İsrail Bankının təxminən son iki ildə ilk müdaxiləsi olacaq və tarixdə ilk dəfə ABŞ dolları satacaq.

 

Gözəl Həşimova