İsrail ordusu Qəzzada HƏMAS-a aid iki məntəqənin döyüş təyyarələri tərəfindən vurulduğunu açıqlayıb. Bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee Twitter hesabında bildirib. Təyyarələrin Qəzzanın cənubundakı Həmas tunelini də hədəf aldığını qeyd edən Adraee, hücumun dünən gecə Qəzzadan İsrailə atılan raketlərə cavab olaraq həyata keçirilib. Hücum nəticəsində can itkisi olmasa da, binalara maddi ziyan dəyib. HƏMAS sözçüsü Hazim Qasim isə yerli xəbər kanalına verdiyi açıqlamada deyib ki, Fələstin xalqını müdafiə etməyə davam edəcəklər:

"Bu sionist terror və nasist rəftarı xalqımızda yanan inqilab alovunu söndürə bilməyəcək və xalqımıza dəstəyimizi davam etdirəcəyik".