İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 15 fələstinlini həbs edib.

İqtisadiyyat.az fələstinin rəsmi agentliyi “WAFA”ya istinadən bildirir ki, əsgərlər sahilin müxtəlif hissələrinə basqınlar edib. Nəticədə Hebronda 6, Cenində isə 4 nəfər saxlanılıb.

İsrail əsgərləri Yerixo şəhərindəki Aqaba Ceber və Ayn es-Sultan düşərgələrinə də basqınlar həyata keçiriblər. Reyd zamanı əsgərlər həqiqi güllələrdən və səs-küylü qumbaraatanlardan istifadə ediblər.

Bir fələstinlinin yaralandığı basqında iki nəfər də nəzarətə alınıb. Yaralının vəziyyəti ilə bağlı hələlik açıqlama verilməyib.

İsrail qüvvələri səhər saatlarında işğal altındakı Şərqi Qüdsün şimalındakı Kalendiyada 1 nəfəri, Ramallahın şimalındakı Birzeit qəsəbəsində isə 2 nəfəri nəzarətə götürüb. Reydlər zamanı əsgərlər evlərin qapılarını sındırıb, əşyalara ziyan vurub, park edilmiş avtomobillərin şüşələrini sındırıblar.

Qeyd edək ki, İsrail ordusu Daxili Kəşfiyyat İdarəsi Şin-Bet (Şabak) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən basqınlarda iştirak edib. Ümumilikdə isə ölkə daxilində axtarılan 15 adamın tutulduğ bildirilib.