İsrail hakimiyyəti Qəzza zolağına humanitar yardımın çatdırılmasını məhdudlaşdırmadıqlarını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərin Koordinasiyası İdarəsi “X” sosial media hesabından məlumat yayıb.

Məlumata görə, yanvarın 8-də humanitar yardım daşıyan 202 yük maşını yoxlanılaraq Qəzza zolağına aparılıb.

"Qəzza zolağına daxil ola biləcək humanitar yardımın miqdarında heç bir məhdudiyyət yoxdur", - məlumatda deyilir.

 

Gözəl Həşimova