İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatına qarşı aparılan döyüş əməliyyatları nəticəsində bir əsgərin öldüyünü bildirib.

İqtisadiyyat.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, "Oz Əməliyyat Qrupu"nda xidmət edən ehtiyatda olan 43 yaşlı mayor Amişar Ben David Xan Yunisdə döyüş zamanı öldürülüb.

"The Jerusalem Post” qəzetinin yazdığına görə, Ben David İsrailin maliyyə naziri Bezalel Smotriçin əmisi oğlu olub. O, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan 248-ci əsgər olub.

Ordunun mətbuat xidmətinin məlumatına görə, son məlumatları nəzərə alaraq, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi zamanı həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 587-yə çatıb.