"Israel Aerospace Industries" şirkəti səmaya yeni DS-SAR peykini buraxıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, peyk hazırda orbitdəki mövqeyinə yerləşib. 

Məlumata görə, buraxılış Hindistan daşıyıcı raketi vasitəsilə reallaşdırılıb.

Qeyd edilib ki, peyk hava haqqında məlumat toplanılmasına dəstək verəcək.