İsrailin Misir sərhədindəki münaqişədən sonra yeni tədbirlər görəcəyi açıqlanıb.

İqtisadiyyat.az bildirir ki, İsrail tərəfindən verilən açıqlamada, iyunun 3-də sərhəddə baş verən qarşıdurmadan sonra İsrail qüvvələrinə Misir əsgərlərinin qeyri-adi hərəkətlərinə qarşı ayıq-sayıq olmaları istənilib.

Bəyanatda “Misir əsgərlərinə artıq etibar edilə bilməz” və sərhəddə hər hansı qeyri-adi vəziyyətin “hücum” kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edilib. Belə olan halda İsrail əsgərlərinin atəş açacağı və Misir əsgərlərinin sərhədə yaxınlaşmasının qarşısı alınacağı bildirilib.

Xatırladaq ki, İsrail ordusu iyunun 3-də Misirlə sərhəddə baş verən qarşıdurmada 3 əsgərinin həlak olduğunu açıqlayıb.