İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatının bir neçə hədəfinə zərbələr endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Departamentin bildirdiyinə görə, zərbələr xüsusilə Livanın cənubundakı Ramya, Cibbeyn, Tayr Harfa və Kfarqela bölgələrində "Hizbullah terror strukturu", həmçinin hərbi obyektlər və müşahidə məntəqələrinə endirilib.

"Bundan əlavə, hərbçilər Livanın cənubundakı Raçaya əl-Fuxar bölgəsində fəaliyyət göstərən, son bir həftə ərzində oradan Qolan təpələrinə doğru çoxsaylı mərmi və raketlərin atıldığı bir Hizbullah terror obyektini müəyyən ediblər və həmin hədəf də məhv edilib", - mətbuat xidməti əlavə edib.