İsrail ordusu Livanın cənubunda bəzi əraziləri artilleriya atəşi ilə vurub. 

İqtisadiyyat.az xəbər verir ki, İsrail tərəfi Livandan bu ölkəyə qarşı hucumlar qeydə alıb və bundan sonra cavab verib. 

Nəticədə Livan və İsrail sərhədində münaqişə başlayıb.

Qeyd olunub ki, İsrail helikopterləri sərhəd xəttində intensiv şəkildə hərəkət edir.

Davam edən gərginlikdə can itkisi olub-olmadığı barədə məlumat verilməyib.