İsrailin şimalında Livanla sərhədə yaxın Ştula kəndi atəşə tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Moşav Ştul istiqamətində atışma xəbəri var", - hərbçilərin bəyanatında deyilir.

Daha sonra İsrail hərbçiləri şəhəri Livandan hədəf alan ərazilərə zərbələr endirib.

"Ştula istiqamətində atışma xəbərlərindən sonra İDF indi Livandakı hədəfləri vurur", - deyə məlumatda bildirilir.

"The Jerusalem Post" qəzetinin məlumatına görə , Livan ərazisindən Ştulaya tank əleyhinə raket atılıb. Nəşr bildirir ki, nəticədə ən azı 5 mülki şəxs yaralanıb.