İsraildə parlament səs çoxluğu ilə Benyamin Netanyahunun başçılıq etdiyi ölkənin yeni hökumətinin tərkibinə səs verib.

Beləliklə, 73 yaşlı Netanyahu altıncı dəfə İsrail hökumətinə başçılıq edib. Knessetin 120 deputatından 63-ü yeni hökumətin lehinə səs verib. Netanyahuya səs verənlərin hamısı onun rəhbərlik etdiyi sağçı partiyalar koalisiyasının üzvləridir. Koalisiya Knessetdə 64 yerə sahibdir.

Qeyd edək ki, Netanyahu İsrailin baş naziri olmaq üzrə rekord vurub. O, ömrünün 15 il 3 ayını bu vəzifədə keçirib.