İsrail qüvvələri blokada altındakı Qəzza zolağı sahillərində 5 fələstinli balıqçını saxlayıb.

İqtisadiyyat.az Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə istinadən bildirir ki, İsrail tərəfi 5 fələstinli balıqçını nəzarətə götürərək, qayıqlarını müsadirə edib. Qeyd edilib ki, Qəzza zolağında balıq tutan şəxslər daim hədəfdədir.

Xatırladaq ki, İsrail 2006-cı ildən bəri təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza sektorunu qurudan, dənizdən və havadan mühasirəyə alıb. Fələstin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Qəzzada 4000-ə yaxın balıqçı var və balıqçılıq əsas dolanışıq vasitələrindən biri kimi tanınır.