İspaniyada ötən sutka ərzində daha 138 nəfər koronavirusdan ölüb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bununla da krallıqda pandemiya qurbanlarının sayı 27 459-a çatıb. Ölkədə koronavirusa yoluxanların sayı isə daha 549 nəfər artaraq 230 183-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.