İspaniya Ukraynaya "Hawk" zenit-raket kompleksləri təhvil verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksey Reznikov özünün "Telegram" kanalında məlumat yayıb.

Reznikov Odessada İspaniyanın müdafiə naziri Marqarita Robleslə görüşüb. Nazirlər Ukrayna uğrunda döyüşlərdə həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edib, xəstəxanada ukraynalı əsgərlərə baş çəkiblər.

Robles qeyd edib ki, İspaniya hökuməti Ukraynanı dəstəkləyir, humanitar yardım və təhlükəsizlik dəstəyi davam edəcək.

Qeyd edək ki, Vyetnam müharibəsi dövründən qalma "Hawk" sistemləri 40 kilometr məsafədə hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.