İspaniya hökuməti Covid-19 epidemiyasının bitdiyini elan edərək apteklərdə, eləcə də sağlamlıq mərkəzlərində maskaların məcburi istifadəsinin ləğv edildiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya hökumətindən açıqlama verilib.

"Nazirlər Şurası Covid-19 epidemiyasının sona çatdığını elan etdi və maskalardan məcburi istifadəni ləğv etdi", - açıqlamada bildirilib.

Paylaşılan son məlumatlara görə, İspaniyada 13 milyon 914 min 811 nəfər Covid-19-a yoluxub. Onlardan 13 milyon 762 min 417 nəfəri xəstəlikdən xilas olarkən, 121 min 760 nəfər dünyasını dəyişib.