Azərbaycanda “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının, “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatının keçirilməsi, Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkil olunması nəzərdə tutulur.

İqtisadiyyat.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Plan üzrə icraçılar Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.