İraq təbii qaz idxalı ilə bağlı Türkmənistanla prinsipial razılığa gəlib.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə İraqın neft nazirinin qaz məsələləri üzrə müavini İzzət Sabir məlumat açıqlayıb.

"İraqın yüksək səviyyəli nümayəndə heyəti Türkmənistanda görüşlər keçirib. İraq Türkmənistanla təbii qaz sahəsində əməkdaşlığın inkişafına önəm verir. İki ölkə arasında qaz idxalına dair prinsipial razılaşma əldə olunub. Belə ki, Türkmənistan İraqın qaz ehtiyacını qarşılayacaq", - deyə o, bildirib.

 

Gözəl Həşimova