Türkiyə İraqla ticarət dövriyyəsini 20 milyarda qaldırmaq istədiyi halda, İraq hökuməti bəzi türk məhsullarına embarqo qoyub.

İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, keçən ay yerli məhsulların kifayət etməsi səbəbi ilə Türkiyədən yumurta idxalını dayandıran İraq hökuməti, indi də Türkiyədən süfrə duzu, əriştə və makaron almağı qadağan edib. İyun ayında yumurta başda olmaqla, Türkiyədən dondurma və meyvə suyu idxalatını qadağan edən İraqda yumurtanın qiyməti 2 dəfə artıb.

60 gün sonra qüvvəyən minəcək qadağanın 1 il davam edəcəyi deyilir.

 

Mehman Nəbiyev