İraq Qəzza zolağına daşınması üçün Misirə 10 milyon litr dizel yanacağı olan tanker göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İraq Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi məlumat verib.

Təşkilatın nümayəndəsi əlavə edib ki, İraqdan gətirilən yanacaq Qəzza zolağının əhalisinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Yük Sinay yarımadası üzərindən Misir Qızıl Aypara Cəmiyyətinin sərəncamına verilib.

 

Əli Ağayev