İraq hökuməti İsveçin Bağdaddakı səfiri Cessikanın ölkəni tərk etməsini tələb edib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, buna səbəb İsveçdə "Qurani-Kərim"ə qarşı sərgilənən davranışdır. 

Bundan başqa, İsveçin telekommunikasiya şirkəti olan "Ericsson"un lisenziyası ləğv edilib.

İraqın rəsmi İNA agentliyinin məlumatına görə,  İsveçdə "Qurani-Kərim"ə qarşı atılan addımlar İsveçlə münasibətlərə təsir ötüşməyəcək.