İranda Məhsa Əmini adlı gənc qadının öldürülməsindən sonra başlayan etirazlara dəstək verən sənətçilər arasında olan məşhur iranlı aktrisa Mitra Heccar həbs edilib. 

İqtisadiyyat.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, Kino Evinə bağlı sənətçilərin həbsinə cavabdeh olan təqib komitəsinin üzvü Mehdi Kuhiyan məşhur kinoaktyor Heccarın həbs olunduğunu açıqlayıb. 

Xəbərdə Heccarın həbsinin səbəbi ilə bağlı məlumat verilməyib.

Məhəbbət Məmmədov