2023-cü ilin yanvar-may aylarında İrandan Türkiyəyə 794 min 177 nəfər səyahət edib ki, bu da 2022-ci ilin yanvar-may ayı ilə müqayisədə 5,31 faiz azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2023-cü ilin may ayında İrandan Türkiyəyə gələn turistlərin sayı ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 7,32 faiz azalaraq 170 min 610 nəfər təşkil edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyəyə 14 milyon 35 min 175 turist səyahət edib, bu da ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 23,65 faiz çoxdur.

2023-cü ilin may ayında Türkiyəyə səyahət edən turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,19 faiz artaraq 4 milyon 500 min 242 nəfərə çatıb.

Bundan əlavə, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin ən çox turist qəbul etdiyi ölkələr arasında 1 milyon 794 min 185 turistlə Rusiya birinci yerdədir. Rusiyanı Almaniya (1 milyon 583 min 953), Bolqarıstan (1 milyon 56 min 524), İngiltərə (987 min 267), İran (794 min 177) izləyib.