İranda yanacaqdoldurma məntəqələrinin ən azı 60%-i sıradan çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin neft nazirinin müavini Cəlil Salari bildirib.

Onun sözlərinə görə, yanacaq kartlarının nasazlığı nəticəsində yanacaqdoldurma məntəqləri problemlə üzləşib. Buna görə də yanacaqdoldurma məntəqələri avtomobillər üçün yanacağın səyyar satışına keçiblər.

Salari bu problemin nədən qaynaqlandığını hələlik açıqlamayıb.

 

Gözəl Həşimova