İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

İranda daha 2 595 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da yoluxma faktlarının sayı 215 096-ya çatıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 134 nəfər artaraq 10 130 nəfərə yüksəlib.

Bundan başqa, indiyədək 175 103 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. IRNA