İranda koronavirusdan ölənlərin sayı artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı daha 64 nəfər artaraq 7183-ə çatıb.
İranda son sutka ərzində koronavirusa 1889 yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, virusa yoluxanların ümumi sayı 126 949 nəfərə çatıb.