İranda bir gündə 1680 nəfər COVID-19-a yoluxub. Beləliklə, ümumi yoluxanların sayı 101 650 nəfər olub.

TASS-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur xəbər verib.

Beləliklə, yoluxma sayı artıq dördüncü gündür ki, artır.

K.Cahanpur əlavə edib ki, 24 saat ərzində 78 nəfər koronavirusdan ölüb. Beləliklə, ölənlərin ümumi sayı 6418 nəfər olub.