İranın Daxili İşlər nazirinin müavini Hüseyn Zülfiqari Koronavirusla Milli Mübarizə Şurasının razılığı ilə ölkədə bəzi məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

IRNA-nın verdiyi xəbərə görə, Tehranda ötən ay epidemiya tədbirləri çərçivəsində bağlanmış park və bağçalar gigiyena qaydalarına əməl olunması şərtilə yenidən açılıb.

H.Zülfiqarinin sözlərinə görə, koronavirusa yoluxanların sayında azalma var. Bu, görülən tədbirlərin əhəmiyyəti və insanların əməkdaşlığının göstəricisidir.

Parklarda sosial məsafə qaydalarına əməl olunmasının məcburi olduğu, park və bağçaların gündə üç dəfə dezinfeksiya edildiyi qeyd olunur.