İranda daha 118 nəfər koronavirusun qurbanı olub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda indiyə qədər ümumilikdə 22 901 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 2 026 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 382 772-yə yüksəlib.

Məlumatda həmçinin 3 695 nəfərin ağır vəziyyətdə olduğu, 330 308 nəfərin isə sağaldığı vurğulanıb.report