İranda ötən il ən azı 834 nəfər edam edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək göstəricidir.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran İnsan Haqlarının hesabatında deyilir.

Məlumata görə, 2022-ci illə müqayisədə ötən il edamların sayı 43% artıb.

İnsan haqları təşkilatlarının məlumatına görə, 2023-cü ildə siyasi işlərdə ən azı 8 nəfər edam edilib. Edam edilənlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə edam cəzasına məhkum edilib - 471 nəfər. Belə işlərlə bağlı edamların sayı 2022-ci illə müqayisədə 84%, 2020-ci ilə nisbətən isə təxminən 18 dəfə artıb.

Ümumilikdə, 2010-cu ildən bəri təşkilatların hesablamalarına görə, İranda 8 minə yaxın insan edam edilib.

 

Gözəl Həşimova