İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbilə dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

Bu barədə İqtisadiyyat.az "Tesnim" agentliyinə istinadən xəbər verir.

Məlumata görə,  Məşhəd şəhərində havanın çirkliliyinin artması ilə əlaqədar dövlət müəssisələri və məktəblər bağlanıb. İran rəsmiləri xalqı, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb.

 

Gözəl Həşimova