İranda son sutkada azı 120 koronavirusdan ölüm faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son gündə 120 ölüm hadisəsindən əlavə, 2 612 yeni yoluxma da qeydə alınıb. Bununla virusa yoluxanların ümumi sayı 195 051, virus qurbanlarının sayı isə 9 185 olub. 154 812 nəfər sağalıb.