İranda son sutka ərzində 2 628 yeni koronavirusa yoluxma aşkar edilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son gündə 109 insan virusun qurbanı olub. Bununla da ölkədə ümumi yoluxma sayı 217 724-ə, ölüm faktları isə 10 239-a çatıb. 

Eyni zamanda 177 852 nəfər virusdan sağalıb.

Qeyd edək ki, İranda iyunun 14-dən başlayaraq, bir gün istisna olmaqla, hər gün 100-dən çox insan virusdan ölür. Report