İranın cənub-qərbində zəlzələ olub.

Trend-in məlumatına görə, 4,2 bal gücündə təkanlar Xuzestan vilayətində qeydə alınıb.

Bildirilir ki, zəlzələ yerli vaxtla gecə saat 03:15-də baş verib. Zəlzələnin episentri Ahvaz şəhərindən 33 kilometr məsafədə yerləşib.

Təbii fəlakət nəticəsində insan təlafatı və dağıntılar barədə məlumat verilməyib.