İran ABŞ-ın Tehrana qarşı sanksiyasına cavab olaraq turist axınının təşviqi məqsədilə ölkəyə giriş-çıxışa dair möhürü ləğv edəcək.

Bu barədə hökumətin nümayəndəsi Əli Rabii çərşənbə günü mətbuata bildirib.

Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyasına cavab olaraq ölkəyə giriş-çıxışa dair möhürün ləğvindən imtina ilə bağlı təşəbbüsü bəyənib. "Beləliklə, turistlər biləcəklər ki, İrana səfər gələcəkdə onların həyatına heç bir təsir göstərməyəcək", - o açıqlama verib. ( Marja )