İranda general Qasım Süleymaninin anım günü Kirman vilayətində qəbiristanlıqda törədilən terror aktı ilə bağlı 32 nəfər saxlanılıb.

İqtisadiyyat.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Kirman prokuroru Mehdi Baxşi məlumat verib.

Onun sözlərinə görə, mərasimdən sonra Kirman əyalətində 16 bomba aşkar edilib.

Qeyd edək ki, terror aktı nəticəsində İranda 90 nəfər ölüb, 248 nəfər yaralanıb.

 

Gözəl Həşimova