İran dövlət televiziyası, Hörmüz boğazından keçən zaman ölkələrarası dəniz nəqliyyatı qaydalarında pozuntuya yol verdiyi səbəbilə saxladığı ingilis neft tankerinin içərindən çəkilən görüntülərini paylaşıb.

İran inqilab keçikçiləri, İngiltərəyə aid neft tankerini Hörmüz boğazından keçən zaman radar sistemlərinin bağlı olması və digər gəmilərlə qəza riski yaratması səbəbilə saxladığı barədə məlumat yaymışdı. İqtisadiyyat.Az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, İranın saxladığı 23 nəfərlik heyətdən ibarət “Stena İmpero” adlı tankerin lazımi hüquqi işləri davam edənə qədər Bəndər Abbas limanında saxlanılacağı açqılanıb. Gəminin 23 nəfərlik əməkdaşının səhhətinə gəldikdə isə, Hörmüzgan Əyaləti Limanlat İdarə Heyəti tərəfindən verilən açıqlamada, əməkdaşalrın sağlıq durumunun yaxşı olduğu və lazım olduqda ifadələrinin alınacağını bildirilib.

İran dövlət televiziyasının neft tankerindən yayımladığı görüntülərdə, İngiltərə bayrağı olan tankerə İran bayrağı asılması diqqət çəkib.

 

Mehman Nəbiyev