İordaniya Hərbi Hava Qüvvələrinin vertolyotu təlim uçuşu zamanı qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələri açıqlama yayıb.

İordaniya Silahlı Qüvvələrinin “Cobra” vertolyotunun qəzaya uğraması nəticəsində iki pilot xəsarət alıb.

Yaralı pilotlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağır qiymətləndirilir.