Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət borcunun auditi üzrə işçi qrupunun növbəti illik toplantısı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, toplantının 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılıb.

Tədbirdə Azərbaycanı Hesablama Palatası təmsil edəcək.

Toplantıda Dövlət Borcu üzrə İşçi Qrupunun Katibliyinin hesabatları, qarşıdakı illər üçün İşçi Qrupunun iş planı müzakirə olunacaq, Dövlət Borcu Auditinin məlumat bazası üzrə ekspertlər şəbəkəsinin çıxışları dinləniləcək.

Hesablama Palatası 2002-ci ilin aprel ayından INTOSAI-ın üzvüdür