İngiltərədə yeni Müdafiə naziri bəlli olub. Penny Mordaunt bu vəzifəyə gətirilən ilk qadın olduğu halda, onun rəngarəng keçmişi diqqəti cəlb edir.

İngiltərədə Gavin Williamsonun casusluqda ittiham edilərək vəzifədən atılmasından sonra, Penny Mordaunt bu vəzifəyə gətirilən ilk qadın olub. Mordaunt keçmiş Ölkələrarası İnkişaf naziri olub. İlk dəfə 2005-ci ildə 29 yaşında Mühafizəkarlar Partiyasından siyasətə daxil olub.

Əvvəl sirkdə sehrbazlıq edən Mordaunt, dəniz donanmasında zabit olan atasının təkidilə İngiltərə dəniz qoşunlarına əsgər olaraq xidmətə başlayıb.

Millət vəkili olarkən məşhur realiti şou “Splash”a qatılaraq birinciliyi əldə edib. Mükafatını isə kimsəsiz uşaqlara bağışlayıb. Mordaunt brexit referendumunda o vaxtkı baş nazir və Mühafizəkar Partiyasının sədri Devid Kameruna da bayraq verən ilk adlardandır.