İngiltərənin Avropa Birliyindən ayrılmasına ən böyük maraq göstərənlərdən biri, sabiq xarici işlər naziri Boris Conson, ölkəsi ilə AB arasında Brexit anlaşmasına uyğun olaraq, İngiltərənin üzərinə qoyulan 44 mlrd avro təzminatı dərhal ödənilməməsi təklifini irəli sürüb.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Tereza Meyin hazırki vəzifələrinə ən real namizəd olan Conson, Brexit danışıqları İngiltərə üçün mülayimləşdirilənə və daha uyğun qərar alınana qədər təzminatı ödəməyəcəklərini ifadə edib.

Alman media orqanı “Deutsche Welle”nin verdiyi xəbərə görə, “Yaxşı bir razılaşma üçün pul möhtəşəm həll yolu və rüşvət maşınıdır” deyən Conson, razılaşmanın yekunlaşmadığı təqdirdə təzminatı ödəməyin qəribə olduğunu bildirib.

Xatırladaq ki, ötən həftə İngiltərəyə səfər edən ABŞ prezidenti Donald Tramp, İngiltərədən tələb olunan təzminatın ödənilməməsini, partiya liderliyi və baş nazirlik üçün Boris Consonun mükəmməl xüsusiyyətlərə sahib olduğunu dilə gətirmişdi. Avropa Birliyi ilə İngiltərə arasında əvvəlki danışıqlarda, İngiltərənin aldığı Brexit qərarının Avropaya vuracağı ziyan müqabilində İngiltərənin 44 mlrd avro ödəməsi razılaşdırılmışdı.