İngiltərədə üzərində Kral Çarlzın portreti olan 5, 10, 20 və 50 sterlinliqlər dövriyyəyə buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İngiltərə Bankının (BoE) məlumatında deyilir.

Məlumata görə, Kraliça II Elizabetin portreti olan əskinaslar ödəniş vasitəsi kimi istifadə olunmağa davam edəcək. Köhnəlmiş pul nişanlarını əvəz etmək və əskinaslara olan ümumi tələbatı ödəmək üçün yeni əskinaslar buraxılacaq. Buna görə də Kral Çarlzın portreti olan yeni əskinasların yayılmasının kifayət qədər yavaş olacağı gözlənilir.

Qeyd edək ki, Kral Çarlzın portreti olan ilk əskinaslar ötən il çap edilib. Əskinaslarda əks olunan Kral Çarlzın portreti 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.

 

Gözəl Həşimova