İngiltərə kralı III Çarlz taxta çıxdıqdan sonra ilk dəfə Fransaya rəsmi səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, dövlət səfəri çərçivəsində xanımı Kraliça Kamilla ilə birlikdə Fransanın paytaxtı Parisə gələn Kral III Çarlzı Orli hava limanında Fransanın baş naziri Elizabet Borne qarşılayıb.

Kral III Çarlz və xanımı Kamilla Parisin ən məşhur küçəsi olan Yelisey meydanında yerləşən Zəfər tağında Fransa prezidenti Emmanuel Makron, xanımı Bricit Makron və Fransanın müdafiə naziri Sebastien Lekornu tərəfindən qarşılanıb.

İngiltərə kralı və Fransa prezidenti ikitərəfli görüş zamanı iqlim, biomüxtəliflik, süni intellekt, eləcə də Sahel və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Kral III Çarlz Fransaya 3 günlük səfəri çərçivəsində sabah Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edəcək, daha sonra bərpa işlərinin davam etdiyi Notr-Dam Katedralini ziyarət edəcək.

Kral III Çarlz Fransaya sonuncu dəfə 2019-cu ildə taxta çıxmazdan əvvəl səfər edib.