İndoneziyanın Sulavesi adası yaxınlığında tutumundan artıq sərnişin daşıyan qayığın batması nəticəsində 15 nəfərin öldüyü, 19 nəfərin itkin düşdüyü açıqlanıb.

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən xəbər verir.

Yerli axtarış-xilasetmə agentliyinin rəhbəri Məhəmməd Ərəfah bildirib ki, qayıq Lanto kəndindən Sulavesidən cənub-şərqdə, Buton Mərkəzi bölgəsindəki Lagili kəndinə doğru gedirmiş. Qrup rəhbəri deyib ki, xilasetmə qrupları indiyədək 6 nəfəri xilas edib, digər itkin düşənlərin axtarışı davam edir.

Qeyd edək ki, 20 nəfərlik taxta qayıqda 40 nəfərin olduğu açıqlanıb