İndoneziyada yeni növ koronavirusa yoluxma ilə bağlı qeydə alınan halların sayı 46 mini keçib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, COVID-19-ə yoluxanların ümumi sayı son sutkada 954 nəfər artaraq 46 845-ə çatıb. 

Son gündə 35 nəfər virus qurbanı olub və bununla ölkədə COVID-19-dan ölənlərin sayı 2 500-ə çatıb. İndoneziyada epidemiya başlayandan bu yana 18 735xəstə koronavirusdan sağalıb.