İndoneziya Qətərdən təxminən 792 milyon dollara Fransa istehsalı olan 12 Mirage 2000-5 döyüş təyyarəsi aldığını açıqlayıb.

İqtisadiyyat.az İndoneziyanın "Kompas" qəzetinə istinadən xəbər verir ki, müdafiə nazirliyi tərəfindən edilən yazılı açıqlamada müharibə təyyarələrindən 9-u tək, 3-ü isə iki yerlikdir. Təyyarələr 24 aya təhvil veriləcək.

Qeyd edək ki, İndoneziya uzun müddətdir döyüş təyyarələrini modernləşdirərək Hərbi Hava Qüvvələrini gücləndirməyi planlaşdırır.